Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb

Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.
Region
24 İyul , 2021 16:36
Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb

Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.

Qətlin törədilməsi ilə bağlı 1977-ci ildən anadan olan Zaurbek K. barəsində axtarış elan edilib.

Son xəbərlər

Orphus sistemi