Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı

Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır olmaqla 5 nəfər yaralanıb.
Region
11 mart 2020 14:06
Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı

Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır olmaqla 5 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza Rostov vilayətinin Millerov rayonunda qeydə alınıb.

Belə ki, martın 11-də M-4 “Don” şosesinin 859-cu km-liyində “Opel Vivaro” sərnişin mikroavtobusunun sürücüsü yuxuladığından qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Yaralı halda xəstəxanaya aparılan daha bir nəfər orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.    

Son xəbərlər

Orphus sistemi