Rusiyada yol qəzası olub, 7 nəfər ölüb

Rusiyada yol qəzası olub, 7 nəfər ölüb Prokurorluq araşdırmaya başlayıb
Region
149
8 Mart , 2021 09:14
Rusiyada yol qəzası olub, 7 nəfər ölüb

Rusiyanın Samara vilayətində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Samara vilayəti Prokurorluğunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, martın 8-də vilayətin Volqa rayonunun Kurumoç qəsəbəsinin Samara-Tolyatti yolunun 8-ci kilometrliyində “Isuzu” yük avtomobili ilə “Volkswagen” minik maşını toqquşub.

Qəza yerində vilayət prokurorunun müavini Aleksey Pavlov da olub. Prokurorluq araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi