Rusiyada yaşayış binasında baş verən partlayışda ölən və yaralananların sayı artıb

Rusiyada yaşayış binasında baş verən partlayışda ölən və yaralananların sayı artıb Rusiyanın Moskva vilayətində çoxmənzilli yaşayış binasında partlayış olub.
Region
294
8 Sentyabr , 2021 13:30
Rusiyada yaşayış binasında baş verən partlayışda ölən və yaralananların sayı artıb

Rusiyanın Moskva vilayətinin Noqinsk bölgəsində yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yaralılardan daha biri vəfat edib və ölənlərin sayı 3-ə çatıb.

11:05

Rusiyanın Moskva vilayətinin Noqinsk bölgəsində yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, məlumatı TASS yayıb.

09:53

Rusiyanın Moskva vilayətində çoxmənzilli yaşayış binasında partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Noqinskdə baş verib.

Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri azyaşlıdır.

Bildirilib ki, 170 sakin evakuasiya edilib. Xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi