Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər və xəsarət alanlar var

Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər və xəsarət alanlar var Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.
Region
12 Yanvar , 2021 05:22
Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər və xəsarət alanlar var

Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” fövqəladə xidmətlərin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə binanın ikinci mərtəbəsində qeydə alınıb. Yanğın zamanı 8 nəfər həlak olub. Onlar arasında uşaq da var.

Xilasedicilər sakinləri binadan köçürüblər. Ümumilikdə binadan 90 nəfər təxliyə edilib.

Yanğının söndürülməsinə 30 canlı qüvvə, 9 xüsusi texnika cəlb olunub.

“İlkin məlumata görə, hadisə zamanı 8 nəfər, o cümlədən bir uşaq həlak olub”, - fövqəladə xidmətlərin nümayəndəsi bildirib.

"İnterfaks" agentliyi isə hadisə zamanı 5 nəfərin xəsarət aldığını bildirib.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

Son xəbərlər

Orphus sistemi