Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub Rusiyanın Sverdlovsk əyalətinin Bızovo kəndində həyət evində baş vermiş yanğından sonra xilasedicilər hadisə zamanı həlak olmuş 4 uşağın meyitini aşkarlayıblar
Region
15 Aprel , 2021 08:04
Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

Rusiyanın Sverdlovsk əyalətinin Bızovo kəndində həyət evində ölümlə nəticələnən yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xilasedicilər yanmış evin dağıntıları altında hadisə zamanı həlak olmuş 4 uşağın meyitini aşkarlayıblar.

Qeyd edilir ki, qonşular daha bir uşağın evin dağıntıları altında qala biləcəyini deyiblər. Hadisənin başvermə səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi