Rusiyada yanan kafenin erməni sahibi məhkəmə qarşısına çıxarılır

Rusiyada yanan kafenin erməni sahibi məhkəmə qarşısına çıxarılır Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Soçi şəhərində ötən il yanğın nəticəsində 11 nəfərin öldüyü kafenin sahibi məhkəmə qarşısına çıxarılacaq.
Region
25 yanvar 2019 08:39
Rusiyada yanan kafenin erməni sahibi məhkəmə qarşısına çıxarılır

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Soçi şəhərində ötən il yanğın nəticəsində 11 nəfərin öldüyü kafenin sahibi məhkəmə qarşısına çıxarılacaq.

“Report” Rusiya Federasiyası İstintaq Komitəsinə istinadən xəbər verir ki, Ermənistan vətəndaşı olan 52 yaşlı şübhəli həmin tikilinin qanunsuz inşa olunduğunu və tələblərə uyğun gəlmədiyini bildiyi halda oranı icarəyə götürərək, qanunsuz olaraq kafe – kababxana açıb. 

Şübhəliya qarşı istehlakçıların həyat təhlükəsizliyi ilə bağlı tələblərə uyğun gəlməyən, iki və ya daha çox şəxsin ehtiyatsızlıq üzündən ölməsinə səbəb olan xidmət göstərməklə bağlı ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi