Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərinin Primorsk müvəqqəti saxlanma təcridxanasında saxlanılan Ermənistanın vətəndaşı, 33 yaşlı Artyom Qriqoryan intihar edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, ölümündən qabaq Qriqroyan 26 yaşlı həyat yoldaşına məktub yazıb. Lakin qadına məktubla tanış olmağa, ərinin meyitinə baxmağa icazə verilməyib. Qadın əri öləndən bir gün sonra onunla görüş məqsədi ilə təcridxanaya gedib. Ancaq ona hadisə ilə bağlı məlumat verməyiblər.
Qohumları bildiriblər ki, Qriqoryanı tanışlarından birinə verdiyi 100 min rubl borcun (təxminən 1500 dollar) qaytarılmasını istədiyi üçün tutublar.
Rusiyan