Rusiyada təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb

Rusiyada təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın Xakasiya bölgəsində yüngül motorlu təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb.
Region
21 Aprel , 2018 16:00
Rusiyada təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın Xakasiya bölgəsində yüngül motorlu təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, Xakasiyanın Altay rayon vahid dispetçer xidmətindən hazırda ölənlərin kimliyinin müəyyənləşdirildiyi bildirilib. 

"Həmin şəxslər təyyarədə olublar, hava gəmisinin düşdüyü yerdə dağıntı və tələfat qeydə alınmayıb", - xidmətdən qeyd olunub.

Təyyarənin hansı fiziki və hüquqi şəxsə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi