Rusiyada təyyarə qəzası olub, 3 nəfər ölüb

Rusiyada təyyarə qəzası olub, 3 nəfər ölüb Rusiyanın Komi Respublikasının Uxta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Region
8 Avqust , 2022 16:30
Rusiyada təyyarə qəzası olub, 3 nəfər ölüb

Rusiyanın Komi Respublikasının Uxta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli təcili xidmət idarəsindən bildirilib.

“Cessna” yüngül mühərrikli təyyarə eniş edərkən qəzaya uğrayıb”, - xidmətin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 3 nəfər olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi hadisənin şəraitini və səbəbini araşdırır.

Son xəbərlər

Orphus sistemi