Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.
Region
27 İyun , 2019 08:37
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Məlumata görə, hadisə zamanı 22 nəfər xəsarət alıb. Onlardan 15-ə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib

Qəza enişi zamanı 2 pilot həlak olub.


***07:30

Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb. 

Qeyd edilir ki, təyyarədəki 42 nəfər1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi