Rusiyada terror aktının qarşısı alınıb

Rusiyada terror aktının qarşısı alınıb Bakı. 11 mart. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.
Region
1292
11 Mart , 2018 15:46
Rusiyada terror aktının qarşısı alınıb
Foto: "RİA Novosti"

Bakı. 11 mart. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən terrorçuların istifadə etdiyi tapançalar, əldəqayırma qumbaralar aşkarlanıb.  

Orphus sistemi