Rusiyada soyğuna cəhd zamanı bank partladılıb

Rusiyada soyğuna cəhd zamanı bank partladılıb Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərindəki banklardan birində partlayış baş verib.
Region
22 Yanvar , 2019 12:04
Rusiyada soyğuna cəhd zamanı bank partladılıb
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərindəki banklardan birində partlayış baş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Partlayış nəticəsində binaya ciddi ziyan dəyib. Səhər tezdən və qeyri-iş saatı olduğundan heç kim zərər görməyib.

Bank əməkdaşları naməlum şəxslərin bankomatdan pul oğurlamağa çalışdığını, amma buna müvəffəq olmadıqlarını hesab edirlər.

Hazırda mütəxəssislər dəymiş zərəri qiymətləndirirlər.

Rəhbərlik bankı sabaha qədər bağlamağa qərar verib.

Son xəbərlər

Orphus sistemi