Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub - YENİLƏNİB - VİDEO

Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub - YENİLƏNİB - VİDEO Göyərtədə 69 sərnişin, o cümlədən bir körpə, həmçinin yeddi ekipaj üzvü olub
Region
22 Yanvar , 2019 16:15
Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub - YENİLƏNİB - VİDEO
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ "Aeroflot"un SU1515 Surqut-Moskva reysi sərnişinlərdən birinin xuliqanlıq hərəkətləri nəticəsində kursunu dəyişib və çərşənbə axşamı Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.


***15:44

Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, 41 yaşlı Pavel Şapovalov adlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib.

“Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir.

Son xəbərlər

Orphus sistemi