Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 9 nəfər ölüb - VİDEO

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 9 nəfər ölüb - VİDEO Daha 3 nəfər xəsarət alıb
Region
28 Fevral , 2018 04:37
Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 9 nəfər ölüb - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Çərşənbə axşamı Başqırdıstan Respublikasının İqlinsk rayonunda (Rusiya Federasiyası) mikroavtobusla furqonun toqquşması nəticəsində 9 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə respublika üzrə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin mətbuat xidmətinə istinadən "İnterfax" məlumat yayıb.

"9 nəfər ölənin olması barədə məlumat var", - deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Bildirilir ki, M5 federal avtomobil yolunda, Ulu-Telyaka yaşayış məntəqəsi yaxınlığında baş verən qəzada xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.

"Hamısı böyükdür, vəziyyətləri orta-ağırdır", - deyə agentliyin həmsöhbəti əlavə edib.

Son xəbərlər

Orphus sistemi