Rusiyada saxta içkidən ölənlərin sayı 30 nəfəri ötüb, 5 nəfər saxlanılıb

Rusiyada saxta içkidən ölənlərin sayı 30 nəfəri ötüb, 5 nəfər saxlanılıb Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 32 nəfərə çatıb.
Region
244
10 Oktyabr , 2021 12:36
Rusiyada saxta içkidən ölənlərin sayı 30 nəfəri ötüb, 5 nəfər saxlanılıb

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 64 nəfər saxta içki qurbanı qeydə alınıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub. Hazırda 32 nəfər xəstəxanada müalicə alır.

Qeyd edək ki, Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi