Rusiyada qızıl mədənində partlayış olub, ölən var

Rusiyada qızıl mədənində partlayış olub, ölən var Rusiyanın Buryatiya Respublikasında qızıl hasilatı mədənində baş verən partlayış nəticəsində bir nəfər ölüb
Region
3 İyun , 2021 12:25
Rusiyada qızıl mədənində partlayış olub, ölən var

Rusiyanın Buryatiya Respublikasında qızıl hasilatı mədənində baş verən partlayış nəticəsində 1 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, partlayış respublikanın Okin rayonundakı “Vladimir” mədənində qeydə alınıb.

Hadisə mədənin 1 saylı girişində partlayıcı maddənin partlaması nəticəsində meydana gəlib.

Şaxtada 8 nəfər olub, onlardan 1-i ölüb, 7-si təxliyə olunub.

İlkin versiyaya görə, partlayışa texniki təhlükəsizliyin pozulması səbəb olub.

Son xəbərlər

Orphus sistemi