Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti 2022-ci il dekabrın 1-dən bütün istehlakçılar (həm sənaye, həm də əhali üçün) üçün topdansatış qaz qiymətlərini 8,5% indeksləşdirməyi təklif edib.
Bu barədə “Report” xidmətin mətbuat şöbəsinə istinadən məlumat yayır.
Vurğulanıb ki, tariflərdə dəyişiklik Rusiya Federasiyasının sosial-iqtisadi inkişafının proqnozu ilə nəzərdə tutulub və bundan sonra tariflər 1,5 il ərzində - 2024-cü il iyulun 1-dək dəyişməyəcək.
Qeyd olunub ki, indeksasiya qaza tələbatın azalmasına gətirib çıxarmayacaq, qazlaşdırma proqramının həyata keçirilməsi nəzərə alınmaqla məişət istehlakçıları üçün tədarükün həcmi artacaq.