Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 12 yaralı var - YENİLƏNİB-2 - VİDEO

Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 12 yaralı var - YENİLƏNİB-2 - VİDEO Avtobusda ümumilikdə 56 nəfər olub
Region
6 Oktyabr , 2017 07:36
Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 12 yaralı var - YENİLƏNİB-2 - VİDEO
AP

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onların arasında 3 uşaq var.


***07:26

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" xəbər verir ki, təqribən 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan iki uşaq reanimasiya şöbəsindədir.

TASS-ın məlumatına görə, ölən və yaralananların hamısı avtobusun sərnişinləridir. Avtobusda ümumilikdə 56 nəfər olub.

İlkin məlumata görə, avtobus qadağanedici siqnala məhəl qoymayaraq dəmir yol keçidinə çıxıb. Qatar "Sankt-Peterburq – Nijni Novqorod" marşrutu üzrə hərəkətdə olub.


***06:46

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın Vladimirski vilayətində dəmir yolu keçidi üzərində qatarın avtobusu vurması nəticəsində azı 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən REN.TV məlumat yayıb.

Xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb. Onların arasında 1 uşaq da var. Həmçinin 3-ü uşaq olmaqla 18 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi