Rusiyada qar uçqunu qurbanlarının sayı artıb

Rusiyada qar uçqunu qurbanlarının sayı artıb Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş insanın qaldığı ehtimal edilir.
Region
2147
9 Yanvar , 2021 08:20
Rusiyada qar uçqunu qurbanlarının sayı artıb

Rusiyada xilasedicilər Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından həlak olmuş körpənin meyitini tapıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən Maksim İnixov bildirib.

"Bəli, indicə daha bir meyit aşkarlandı - yaşyarımlıq körpə", - o deyib.

Qeyd edək ki, xilasedicilər daha əvvəl qar uçqununun altından körpənin anasının meyitini aşkarlayıblar. Hazırda körpənin atasının axtarışları aparılır.

05:03

Rusiyada xilasedicilər Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından qadın meyiti tapıblar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən Maksim İnixov bildirib.

"İyirmi dəqiqə əvvəl ölmüş qadının meyitini tapdıq", - o deyib. Maksim İnixovun sözlərinə görə, uçqunlar altında qadının əri Vlad Popov və onun yaş yarımlıq oğlu qalıb.

Yerli KİV eyni zamanda hadisə zamanda iki nəfərin xəsarət aldığını bildirib.

23:55. 08.01.2021

Rusiyada 4 nəfər Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altında sağ tapılıb.

"Report" xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən bildirib.

Məlumata görə, onlar bir ailənin üzvləridir. "Qar uçqunu altından daha 2 nəfər özü çıxıb, axtarış işləri davam etdirilir", - deyə mənbə agentliyə bildirib.

Qeyd edilir ki, daha bir nəfər - 14 yaşlı yeniyetmə də qar uçqunu altından xilas olunub.

Xatırladaq ki, Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub. Nəticədə beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsi və 3 texnikası cəlb edilib.

23:15

Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş nəfərin qaldığı ehtimal edilir.

“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.

"Norilsk ətrafında qar uçqunu oldu, ilkin məlumata görə, qarın altında ikisi uşaq olmaqla, beş nəfər qalıb", - mənbə agentliyə bildirib.

FHN-nin məlumatına görə, bir neçə ev uçqunun altında qalıb.

"Saat 20:30-da (Bakı vaxtı ilə saat 21:30-da) “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində qar kütləsinin axını barədə xəbər daxil oldu”, - deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.

Qeyd edilir ki, beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub, onların sayı dəqiqləşdirilir.

"RİA Novosti" agentliyi isə hadisə yerinə nazirliyin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsinin və 3 texnikasının cəlb edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi