Rusiyada partlayıcı maddə istehsal edən zavodda partlayış baş verib

Rusiyada partlayıcı maddə istehsal edən zavodda partlayış baş verib Biysk oleum zavodunda təmir işləri zamanı partlayıcı maddə yığını detonasiyaya məruz qalıb
Region
17 Yanvar , 2017 14:39
Rusiyada partlayıcı maddə istehsal edən zavodda partlayış baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın Altay diyarındakı Biysk şəhərində partlayıcı istehsal edən zavodda partlayış baş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Biysk oleum zavodunda partlayıcı maddələrin istehsalı üzrə sexdə təmir işləri zamanı partlayıcı maddə yığını detonasiyaya məruz qalıb və nəticədə partlayış olub. İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Dağıntı yoxdur və yanğın baş verməyib.

Son xəbərlər

Orphus sistemi