Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir

Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə onlayn səsvermə 90 faiz təşkil edir.
Region
121
19 Sentyabr , 2021 15:11
Rusiyada parlament seçkilərində onlayn səsvermə 90 faiz təşkil edir

Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə onlayn səsvermə 90 faiz təşkil edir.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu da qeydə alınmış 2,01 milyon nəfərdən 1,8 milyonu deməkdir.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, səsvermə zamanı qanun müəyyən pozuntuları qeydə alınıb:

"Rusiyanın 14 subyektində - Moskva, Adıgey, Başqırdıstan, Kalmıkiya, Mordoviya, Kamçatka diyarında, eləcə də Bryansk, İvanovo, Kemerovo, Leninqrad, Moskva, Samara, Ulyanovsk və Çelyabinsk əyalətlərində bülletenlərin etibarsız sayılması halları var. Ümumilikdə 45 seçki məntəqəsində 7 465 bülleten etibarsız elan edilib".

Onun sözlərinə görə, qanun pozuntusunun baş verdiyi üç məntəqə seçki komissiyasının sədrləri vəzifələrindən azad edilib.

Son xəbərlər

Orphus sistemi