Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb

Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
22 Yanvar , 2021 12:02
Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb

Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 677 352 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 580 nəfər artaraq 68 412-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 081 536 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi