Rusiyada pandemiya qurbanlarının sayı 19 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 19 mini ötdü Rusiyada son bir gündə daha 5 762 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
250
17 Sentyabr , 2020 11:31
Rusiyada pandemiya qurbanlarının sayı 19 mini ötdü

Rusiyada son bir gündə daha 5 762 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 085 281 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 19 061-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 895 968 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 730 nəfər.

Orphus sistemi