Rusiyada ötən gün 100-ə yaxın insan koronavirusun qurbanı oldu

Rusiyada ötən gün 100-ə yaxın insan koronavirusun qurbanı oldu Rusiyada son bir gündə 10 699 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
8 May , 2020 11:34
Rusiyada ötən gün 100-ə yaxın insan koronavirusun qurbanı oldu

Rusiyada son bir gündə 10 699 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 187 859 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 98 nəfər artaraq 1 723-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 26 608 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 846.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi