Rusiyada son bir gündə daha 30 752 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 895 597 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 179 nəfər artaraq 284 823-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 602 067 nəfər sağalıb.