Rusiyada COVID-19-dan ölənlərin sayı 9 minə yaxınlaşır

Rusiyada COVID-19-dan ölənlərin sayı 9 minə yaxınlaşır Rusiyada son sutkada daha 6 852 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
27 İyun , 2020 12:45
Rusiyada COVID-19-dan ölənlərin sayı 9 minə yaxınlaşır

Rusiyada son sutkada daha 6 852 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 627 646 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 188 nəfər artaraq 8 969-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 393 352 nəfər sağalıb.

Bildirilib ki, son sutkada yoluxmaların əksəriyyəti Rusiyanın paytaxtı Moskvada aşkarlanıb – 750 nəfər.

Son xəbərlər

Orphus sistemi