Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var

Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.
Region
150
24 Sentyabr , 2021 07:35
Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var

Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a bildirib.

"Krasnoyarsk diyarında məktəbə hücumun qarşısı alınıb və oxşar hadisəni törətmək niyyətində olan gənc saxlanılıb", - o deyib. İstintaq Komitəsinin sədri təfərrüatları açıqlamayıb.

O bildirib ki, son illər ərzində müxtəlif regionlarda təhsil müəssisələrinə 10-a yaxın hücum olub.

Xatırladaq ki, sentyabrın 20-də Perm Dövlət Universitetinin birinci kurs tələbəsi ali məktəbin korpuslarından birinin ərazisində həmkarlarına atəş açıb. Nəticədə 6 nəfər həlak olub, təxminən 40 nəfər xəsarət alıb. Faktla bağlı iki və daha çox şəxsin qətli ilə bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi