Rusiyada növbəti dəfə COVID-19-a maksimum yoluxma və ölüm qeydə alınıb

Rusiyada növbəti dəfə COVID-19-a maksimum yoluxma və ölüm qeydə alınıb Rusiyada son sutkada daha 37 678 nəfər COVID-19-a yoluxub. Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 8 205 983 nəfərə çatıb.
Region
158
23 Oktyabr , 2021 13:08
Rusiyada növbəti dəfə COVID-19-a maksimum yoluxma və ölüm qeydə alınıb

Rusiyada son sutkada daha 37 678 nəfər COVID-19-a yoluxub. Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 8 205 983 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla yanaşı, ölkədə virusdan gündəlik ölüm sayında da maksimum göstərici qeydə alınıb. Belə ki, gün ərzində pandemiya səbəbindən ölənlərin sayı daha 1 075 nəfər artaraq ümumilikdə 229 528 nəfərə yüksəlib.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş 26 077 nəfər sağalıb və bu baxımdan ümumi say 7 143 137 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi