Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətində neft bazasında yanğın baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Məlumata görə, qaynaq işləri gedən zaman qığılcamdan yanğın törəyib. Yanğın 10 kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısı alınıb.
Yaralıları xəstəxanaya çatdırmaq üçün Sankt-Peterburqdan helikopter göndərilib.