Rusiyada hərbi akademiya və Mikrobiologiya İnstitutunda partlayış baş verib- VİDEO - YENİLƏNİB

Rusiyada hərbi akademiya və Mikrobiologiya İnstitutunda partlayış baş verib- VİDEO - YENİLƏNİB Sankt-Peterburqda daha bir partlayış baş verib.
Region
2 Aprel , 2019 15:49
Rusiyada hərbi akademiya və Mikrobiologiya İnstitutunda partlayış baş verib- VİDEO - YENİLƏNİB

Sankt-Peterburqda daha bir partlayış baş verib.

“Report” “Nevskiye novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən Mikrobiologiya İnstitutunda qeydə alınıb.

Bildirilib ki, laborantın kimyəvi reaktor olan kolbanı əlindən salması nəticəsində partlayış baş verib. Laborant yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.


*** 15:26

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyanın ərazisində minanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, kursantlar və akademiyanın əməkdaşları binadan təxliyyə ediliblər.

Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və prokurorluq əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi