Rusiyada mikroavtobusla yük avtomobili toqquşub, 9 nəfər ölüb

Rusiyada mikroavtobusla yük avtomobili toqquşub, 9 nəfər ölüb Rusiyanın Tula vilayətində Kaluqa-Tula-Mixaylov-Ryazan avtomobil yolunda mikroavtobus və yük avtomobili toqquşub.
Region
25 Yanvar , 2023 22:12
Rusiyada mikroavtobusla yük avtomobili toqquşub, 9 nəfər ölüb

Rusiyanın Tula vilayətində Kaluqa-Tula-Mixaylov-Ryazan avtomobil yolunda mikroavtobus və yük avtomobili toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb.

Qeyd olunub ki, qarşı zolağa çıxan “Volkswagen Transporter” mikroavtobus yük avtomobili ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı xəndəyə aşıb.

Tula vilayətinin prokurorluğu yoxlama tədbirlərinin gedişini və nəticələrini nəzarətə götürüb.

Son xəbərlər

Orphus sistemi