Rusiyada mikroavtobus yük maşını ilə toqquşaraq yanıb, 7 nəfər ölüb - VİDEO

Rusiyada mikroavtobus yük maşını ilə toqquşaraq yanıb, 7 nəfər ölüb - VİDEO Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində mikroavtobusla iki yük maşınının toqquşması zamanı baş verən yanğın nəticəsində 7 nəfər ölüb.
Region
28 Oktyabr , 2018 02:54
Rusiyada mikroavtobus yük maşını ilə toqquşaraq yanıb, 7 nəfər ölüb - VİDEO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində mikroavtobusla iki yük maşınının toqquşması zamanı baş verən yanğın nəticəsində 7 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə şənbə günü, oktyabrın 27-də şəhərin Qərb sürət diametrinin 36-cı km-də baş verib.

İlkin məlumatlara görə, "Iveco" markalı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Scania" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Scania" qarşı yola çıxıb və oradan gələn "Hyundai Starex" markalı mikroavtobusa çırpılıb. Bundan sonra maşınlar yanmağa başlayıb.

Ölənlərin hamısı mikroavtobusun sərnişinləridirlər. "Scania"nın sürücüsü xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Efiopiyada avtobus ilə hərbi yük maşınının toqquşması nəticəsində 18 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi