Rusiyada metal anbarında yanğın olub

Rusiyada metal anbarında yanğın olub Rusiyanın Sankt-Peterburq şəhərindəki sənaye rayonlarından birində sahəsi 2,3 min kv.metr olan iki metal anbarında yanğın olub.
Region
30 İyun , 2020 10:04
Rusiyada metal anbarında yanğın olub

Rusiyanın Sankt-Peterburq şəhərindəki sənaye rayonlarından birində sahəsi 2,3 min kv.metr olan iki metal anbarında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin mətbuat xidməti yayıb.

Hadisə iyunun 30-da Sankt-Peterburqun Krasnoqvardeysk rayonunda qeydə alınıb.

Yanğın yerinə 153 nəfər yanğınsöndürən, 43 ədəd texnika cəlb edilib.

Məlumata görə, alovun qarşısının alınmasına “Mi-8” helikopteri və yağınsöndürən qatarın da cəlb olunması planlaşdırılır.

Yanğın nəticəsində ölən və xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib. 

Dəyən ziyan dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi