Rusiyanın Volqoqrad şəhərində yaşayış evində baş verən partlayış nəticəsində maliyyə nazirinin keçmiş köməkçisi Mixail Korobkin ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, yerli təcili yardım xidməti faktı təsdiqləyib.
“İlkin olaraq müəyyən edilib ki, Sovetsk rayonunda yenidənqurma işləri aparılarkən detonasiya baş verib. Ölən kişinin şəxsiyyəti müəyyən edilib. Bu təqaüdçü Mixail Korobkindir”, - müstəntiq bildirib.
Partlayış baş verən mənzil köməkçiyə məxsus olub.
Məlumata görə, hadisə yerindən İkinci Dünya müharibəsi dövrünə aid güllələr və barıt aşkarlanıb. M.Korobkin silah kolleksioneri imiş.
Güc strukturları hadisə ilə bağlı hələ açıqlama verməyiblər.