Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar

Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar Onlar öz hərəkətlərini Leninlə fikir ayrılığında olmaları ilə izah ediblər
Region
24 May , 2017 05:35
Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar
UNN

Bakı. 24 may. REPORT.AZ/ Rusiyanın Amur vilayətinin Maqadan rayonunun Uşumun qəsəbəsində məktəblilər Pioner günü Vladimir İliç Leninin heykəlini sındırıblar.

"Report" xəbər verir ki, bu barədə "Amurskaya pravda"ya istinadən UNN məlumat yayıb.

Bildirilir ki, nəticədə abidənin özülü zədələnib, heykəlin əlləri və ayaqları, həmçinin pencəyinin bir hissəsi sındırılıb.

Faktla bağlı 8 və 9-cu siniflərdə oxuyan iki yeniyetmə saxlanılıb.

Şagirdlər Sovet rəhbərinin heykəlini dəyənəklə vurduqlarını bildiriblər. Onlar öz hərəkətlərini Leninin siyasətilə fikir ayrılığında olmaları ilə izah ediblər.

Son xəbərlər

Orphus sistemi