Rusiyanın Kemerovo vilayətindəki A.D.Ruban adına kömür mədənində qalan 128 nəfər təxliyə edilib.
“Report”un xəbərinə görə, qəza vəziyyətinin yaranması nəticəsində həyatını itirən olmayıb.
İlkin məlumata görə, şaxtada kömür laylarının qızması nəticəsində həyəcan siqnalı işə düşüb.
Artıq vilayətin prokurorluğu şaxtada baş verən qəza ilə bağlı təhqiqata başlayıb. Prokurorluq əməkdaşları şaxtada əmək təhlükəsizliyi ilə bağlı vəziyyəti yoxlayacaqlar.
Rusiyada Kemerovo vilayətinin Leninsk-Kuznetski şəhərində A.D.Ruban adına kömür mədənində şaxtaçılar təxliyə edilir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb baş verən yanğındır.
Qeyd olunub ki, hazırda 128 şaxtaçı təxliyyə edilir.
Qeyd edək ki, Kemerovo vilayətinin şaxtalarında iki mindən çox qanun pozuntusu aşkar edilib, onlara görə 837 inzibati iş açılıb. Bunlardan 346-sı əməyin mühafizəsi standartlarının pozulması ilə bağlıdır.