Rusiyada mədən uçub, dağıntılar altında qalanlar var

Rusiyada mədən uçub, dağıntılar altında qalanlar var Rusiyanın Primorsk diyarında yerləşən “Korolevski” əlvan metallar mədənində uçqun olub
Region
30 Mart , 2021 13:56
Rusiyada mədən uçub, dağıntılar altında qalanlar var

Rusiyanın Primorsk diyarında yerləşən “Korolevski” əlvan metallar mədənində uçqun olub.

“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional idarəsi məlumat yayıb.

Hadisə mədəndə partlayış işləri aparılan zaman baş verib. Bildirilib ki, 20-dən çox fəhlə xilas edilsə də, dağıntılar altında qalanların olduğu istisna edilmir.

Qeyd edək ki, “Dalpolimetall” şirkətinə məxsus olan bu mədəndə son bir həftədə ikinci fövqəladə hadisədir.

“Korolevski” mədəninin “Nikolayevski” hissəsi 1993-cü ildə istismara verilib. Orada gümüş, polimetal və filiz hasil edilir. Mədənin dərinliyi 15-20 metrdir.

Son xəbərlər

Orphus sistemi