Rusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır

Rusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır Rusiyanın Kemerovo vilayətində "Listvyajnaya" şaxtasında baş vermiş qəzadan sonra 12 xilasedici xəstəxanalarda müalicə olunur.
Region
3 Dekabr , 2021 04:47
Rusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır

Rusiyanın Kemerovo vilayətində "Listvyajnaya" şaxtasında baş vermiş qəzadan sonra 12 xilasedici xəstəxanalarda müalicə olunur.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan RTVI kanalında deyib.

"Hazırda tibb müəssisələrində 12 xilasedici var. Bundan əvvəl 16 nəfər ambulator müalicəyə buraxılıb, artıq evdədir", - Çupriyan bildirib.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətinin Belovski rayonundakı "Listvyajnaya" mədənində qəza baş verib. Hadisə zamanı mədəndə 285 şaxtaçı olub, onlardan 239-u təxliyə edilib, 5-i mədən xilasedicisi daxil olmaqla 51 nəfər ölüb.

Dünən daha 6 mədən işçisinin meyiti dağıntılar altından çıxarılıb.

Son xəbərlər

Orphus sistemi