Rusiyada koronavirusdan üçüncü şübhəli hal qeydə alınıb

Rusiyada koronavirusdan üçüncü şübhəli hal qeydə alınıb Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Sankt-Peterburq xəstəxanalarında koronavirusdan şübhəli bilinən 3 nəfərin müalicə olunduğu barədə məlumat yayıb.
Region
23 Yanvar , 2020 17:28
Rusiyada koronavirusdan üçüncü şübhəli hal qeydə alınıb

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Sankt-Peterburq xəstəxanalarında koronavirusdan şübhəli bilinən 3 nəfərin müalicə olunduğu barədə məlumat yayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinən digər iki nəfər isə 1 həftə öncə Pekindən gələn Çin və dünən Şanxaydan gələn Rusiya vətəndaşlarıdır.

Məlumata görə, onlara qoyulan ilkin diaqnoz kəskin respirator virus infeksiyasıdır.

Rusiyada Sinqapurdan gələn sərnişinləri də bənzər üsulla yoxlanılması barədə internetdə video yayılıb.

Xatırladaq ki, son məlumata görə, koronavirusa yoluxanların sayı 600 nəfəri keçib. Ölənlərin sayı isə 25-dir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin rəhbərliyi isə Çindən gələn bütün sərnişinlərin müayinədən keçirilməsi barədə qərar qəbul edib.

“Khaleej Times” qəzetinin yazdığına görə, Dubay aeroportunda Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusla əlaqədar termal sensordan keçəcəklər.

Son xəbərlər

Orphus sistemi