Rusiyada koronavirusla əlaqədar kütləvi tətil elan olunur

Rusiyada koronavirusla əlaqədar kütləvi tətil elan olunur Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.
Region
374
19 Oktyabr , 2021 17:16
Rusiyada koronavirusla əlaqədar kütləvi tətil elan olunur
0 : 00
0 : 00

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, işəgötürənlərə işçilərin peyvəndlənməsi üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərin ancaq QR kodla açılması təklif olunub.

Bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

T.Qolikova müvafiq təşəbbüslə Baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib.

Sabah Prezident Vladimir Putinin məsələ ilə bağlı hökumətin iclasını keçirəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi