Rusiyada koronavirusla bağlı olan bütün məhdudiyyətlər ləğv edilir

Rusiyada koronavirusla bağlı olan bütün məhdudiyyətlər ləğv edilir Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv edilir.
Region
1 İyul , 2022 10:23
Rusiyada koronavirusla bağlı olan bütün məhdudiyyətlər ləğv edilir

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv edilir.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, ehtiyac yaranarsa, məhdudiyyətlər bərpa oluna bilər.

Xatırladaq ki, indiyədək Rusiyada 18 430 239 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 381 112 nəfər ölüb, 17 858 217 nəfər sağalıb. Hazırda ölkədə 190 910 aktiv COVID-19 xəstəsi var.

Son xəbərlər

Orphus sistemi