Rusiyada koronavirusdan sağalanların sayı 580 minə çatdı

Rusiyada koronavirusdan sağalanların sayı 580 minə çatdı Rusiyada son bir gündə daha 5 848 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
23 İyul , 2020 12:04
Rusiyada koronavirusdan sağalanların sayı 580 minə çatdı
0 : 00
0 : 00

Rusiyada son bir gündə daha 5 848 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 795 038 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 147 nəfər artaraq 12 892-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 580 330 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 608 nəfər.

Son xəbərlər

Orphus sistemi