Rusiyada koronavirusdan ölənlərin sayı kəskin artdı

Rusiyada koronavirusdan ölənlərin sayı kəskin artdı Rusiyada son bir gündə daha 8 248 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
16 İyun , 2020 11:33
Rusiyada koronavirusdan ölənlərin sayı kəskin artdı

Rusiyada son bir gündə daha 8 248 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 545 458 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 193 nəfər artaraq 7 248-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 294 306 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 416 nəfər.

Qeyd edək ki, iyunun 15-nə olan məlumata görə, Rusiyada bir gündə 143 nəfər koronavirusdan ölüb. Onda bir öncəki gün isə bu rəqəm 119 təşkil edib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,1 milyonu ötüb. Bunların 4,2 milyon nəfərdən çoxu sağalıb, 439 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi