Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü Rusiyada son sutkada daha 7 889 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
Region
20 İyun , 2020 12:38
Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü

Rusiyada son sutkada daha 7 889 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 576 952 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı isə 161 nəfər olub. Bununla da infeksiya qurbanlarının sayı 8 002-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 334 592 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi