Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
11 Yanvar , 2021 12:17
Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü

Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 436 nəfər artaraq 62 273-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 800 675 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi