Rusiyada son bir gündə daha 28 486 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 131 646 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 133 nəfər artaraq 294 024-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 876 788 nəfər sağalıb.