Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini ötdü Rusiyada son bir gündə daha 5 462 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
1 Avqust , 2020 11:34
Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini ötdü

Rusiyada son bir gündə daha 5 462 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 845 443 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 95 nəfər artaraq 14 058-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 646 524 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.

Son xəbərlər

Orphus sistemi