Rusiyada koronavirusdan ölənlərin sayı 13 963-ə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 13 963-ə çatıb Rusiyada indiyədək koronavirusa yoluxan 638 410 nəfər sağalıb.
Region
262
31 İyul , 2020 11:45
Rusiyada koronavirusdan ölənlərin sayı 13 963-ə çatıb

Rusiyada son bir gündə daha 5 482 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 839 981 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 161 nəfər artaraq 13 963-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 638 410 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 260 nəfər.