Rusiya və İndoneziyada koronavirusa yoluxanların sayı artdı

Rusiya və İndoneziyada koronavirusa yoluxanların sayı artdı Rusiyada daha 6 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Region
6 Mart , 2020 17:17
Rusiya və İndoneziyada koronavirusa yoluxanların sayı artdı
google.az

Rusiyada daha 6 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, virus Moskvada 5, Nijniy Novqorodda isə 1 nəfərdə qeydə alınıb.

Məlumata görə, yeni yoluxanların hamısı İtaliyadan gəliblər. Onların təmasda olduğu şəxslər təyin edilib və artıq tibbi müşahidə altındadırlar.

Onların vəziyyətinin kafi olduğu və xəstəliyi yüngül formada keçirdikləri də bildirilib.

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 10-a çatıb.

Bunda başqa, epidemiya İndoneziyada da yayılmağa davam edir. Ölkədə daha 2 nəfərdə infeksiya aşkar olunmaqla koronavirus daşıyıcılarının sayı 4-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 379-a çatıb. Bunların 55 988 nəfəri sağalıb, 3 408 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi